Erməni polkovnikinin oğlu mütəşəkkil cinayətkar qruplaşmanın üzvüdür

Erməni polkovnikinin oğlu mütəşəkkil cinayətkar qruplaşmanın üzvüdür
ABŞ xüsusi xidmət orqanları uzun müddətdir misli görünməmiş maxinasiyalar həyata keçirərək dövlətə böyük məbləğdə ziyan vuran erməni əsilli olan mütəşəkkil cinayətkar qruplaşmanı ifşa etdi. SİA-nın xəbərinə görə, bu cinayət işi ilə bağlı xəbərlər durmadan artır. Əldə olunan yeni məlamutlarda göstərilir ki, mafiyanın Ermənistanla sıx əlaqələri olub, onun rəhbərləri müntəzəm olaraq bu ölkəyə gediblər və orada özlərinə daşınmaz əmlak alıblar.

 

Hazırda yeni faktlara əsasən həbs olunan şəxslərin içərisində Ermənistan Daxili işlər Nazirliyində yüksək vəzifə sahibi olan polkovnik Zarmika Episkopyanın oğluda var. Erməni mətbuatının yaydığı xəbərə görə, Artur Episkopyan əvvəllər Ermənistanın Nor Nork rayonun polis idarəsini rəisi olub.

 

Qeyd edək ki, mütəşəkkil cinayətkar qruplaşma hökumətə tibbi sığorta proqramı çərçivəsində 160 milyon dollar ziyan vurmaqda ittiham olunur. Lakin bu hələ son rəqəm deyil və istintaq dövlətə dəyən ziyanın arta biləcəyini istisna etmir. Cinayətkarlar pulu hökumətdən mövcud olmayan 100-dən çox tibbi klinikanı idarə etməklə, saxta müraciətlər göndərməklə və digər fırıldaq üsulları ilə qoparıblar. Federal Təhqiqatlar Bürosu mafiyanın 44 üzvünün saxlanıldığını açıqlayıb.

 

Qruplaşma hədə-qorxu, zorakılıq metodlarından istifadə edib, "klassik mafiya üslubunda" işləyib. Banda yaradıcılarının - 35 yaşlı Davit Mirzoyan və 36 yaşlı Robert Tercanyanın şərəfinə "Mirzoyan-Tercanyan qruplaşması" adlandırılır. Lakin mafiyanın "xaç atası" 46 yaşlı Armen Kazaryandır.

Bütün xəbərlər Facebook səhifəmizdə