Yaponiya Müdafiə Nazirliyi ABŞ-dan əlavə F-35A qırıcılarının alınmasının müzakirəsinə başlayıb. Bu barədə informasiyanı “Mayniti” qəzeti yayıb. Qəzetin iddiasına görə, rəsmi Tokio bununla ABŞ-la əlaqələrini gücləndirməyi planlaşdırır.
Qeyd edək ki, Yaponiya bundan öncə ABŞ-dan "Aegis Ashore" hava hücumundan müdafiə kompleksləri almağı planlaşdırdığını bildirmişdi. F-35A beşinci nəsil təyyarələr hesab edilir. Bu təyyarələr hazırda dünyanın ən güclü hərbi təyyarələri sayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB