"Avropa gərək Moskva və Vaşinqtonun münasibətlərinin yaxşılaşmasında maraqlı olsun." Axar.az xəbər verir ki, bunu Almaniyanın “Funke” media holdinqinə müsahibəsində Almaniya Xarici İşlər naziri Ziqmar Qabriyel söyləyib. Onun sözlərinə görə, bu yaxınlaşma Şimali Koreya böhranının da həllinə yardım edəcək:
“Avropa məhz biz bu yaxınlaşmada maraqlı olmalıyıq. Yekunda yalnız ABŞ və Rusiya Çinin dəstəyi ilə atom silahının yayılmasının qarşısını ala bilərlər. Əgər Vaşinqtonla Moskva arasında münasibətlər belə pis qalsa, o zaman digər ölkələr bundan istifadə edəcəklər” – deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB