Səudiyyə Ərəbistanı Yəməndə 20 husini öldürüb

Səudiyyə Ərəbistanı Yəməndə 20 husini öldürüb

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinə məxsus qırıcıların Yəmənin qərb sahillərinə endirdiyi aviazərbələr nəticəsində 20 husi öldürülüb. Axar.az xəbər verir ki, hücum nəticəsində onlarla döyüşçünün də yaralandığı bildirilib.

Xalq Müqavimət dəstələrinin səhra komandirlərindən olan Visam Salih bildirib ki, qırıcılar Hudeydə vilayətinin əl-Huhə, əl-Cərahi və Hays bölgələrini bombardman edib.

O əlavə edib ki, aviazərbələr zamanı husilərə aid 6 avtomobil, 1 avtobus və 1 motosikl məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə