"Tramp tarixdə Rusiyanın böyük qələbələr qazandığı dövrün ABŞ prezidenti kimi qalacaq"
"Donald Tramp tarixə Rusiyanın Suriyada böyük qələbələr qazandığı dövrün ABŞ prezidenti kimi daxil olacaq." Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klintseviç söyləyib.
“ABŞ prezidentini bu kiçik zəifliyinə görə bağışlamaq olar. Donald Tramp tarixə Rusiyanın Suriyada böyük qələbələr qazandığı dövrün ABŞ prezidenti kimi daxil olacaq”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Tramp ABŞ-ın İŞİD-in nəzarətindəki torpaqların hamısını geri qaytardığını bildirmişdi. Onun bu açıqlaması Rusiyada etirazlara səbəb olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB