İsrail polisi ilə toqquşmada 176 fələstinli xəsarət alıb

İsrail polisi ilə toqquşmada 176 fələstinli xəsarət alıb

Dünən İordan çayının qərb sahilində İsrail polisi ilə toqquşmalarda 176 fələstinli xəsarət alıb. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılardan 43-ü xəstəxanalara çatdırılıb. İordan çayının qərb sahilində və Qəzza zolağında “Qəzəb günü” HƏMAS və "Fəth" hərəkatlarının çağırışı ilə keçirilir.

Etirazlara səbəb ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması və səfirliyini Təl Əvivdən Yerusəlimə köçürülməsi qərarıdır. Qeyd edək ki, Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar dekabrın əvvəlindən davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə