Cənubi Koreya Şimali Koreyaya neft aparan gəmini saxlayıb

Cənubi Koreya Şimali Koreyaya neft aparan gəmini saxlayıb

Cənubi Koreya BMT qərarlarına zidd olaraq Şimali Koreyaya neft aparan Honq Konq bayrağı altında üzən gəmini saxlayıb. Axar.az xəbər verir ki, bu barədə “Yonhap” informasiya yayıb.

Məlumata görə, gəmi Pxenyana 600 ton neft məhsulu apararkən yaxalanıb. Qeyd edək ki, bir qədər əvvəl Çin BMT qətnamələrinə uyğun olaraq Pxenyana neft idxalını dayandırdığını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə