"Ukraynanın 2017-ci ildəki itkiləri demək olar ki, ötən ildəkindən fərqlənməyib. 2016-cı ildə olduğu kimi, qeyri-hərbi itkilər hərbi itkiləri qabaqlayıb." Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Oleq Jdanov danışıb. Jdanov Ukrayna Müdafiə Nazirliyinin ictimaiyyəti şoka salmamaq üçün real rəqəmləri gizlətməyə çalışacağını bildirib.
“Qorxuram, Müdafiə Nazirliyi 2017-ci ilin itkilərini, xüsusən də qeyri-hərbi olanları gizlətsin. Hesab edirəm ki, bu il durğunluq müşahidə olunub. Ona görə ki, məlumatlar (qeyri-rəsmi) var. Ukraynada kadrların azalması müşahidə olunub. Çağırışlarla bağlı da problemlər yaranıb”, - Jdanov deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB