Dünya mason lojasının adlı-sanlı üzvləri Ermənistana toplaşır. SİA-nın aldığı məlumata görə, yaxın vaxtlarda baş tutacaq toplantı paytaxtın " Armeniya Mariott" mehmanxanasında keçiriləcək. Xəbərin maraqlı cəhətlərindən biri budur ki, masonlar belə görüşləri adətən siyasi proseslərin gərgin olduğu ölkələrdə keçirməklə diqqəti cəlb etməməyə çalışıblar. Bu dəfə isə məsələ deyəsən öz axarından çıxıb, mason dünyası özünü açıqdan-açığa göstərməyə başlayıb. Bəlkə də bu toplantı işğalçı ölkədə siyasi qalmaqalların yaşanacağına bir işarədir, bilmək olmaz.
Xatırladaq ki, bundan əvvəlki toplantı 2007-ci ildə keçirilmişdi. Aldığımız xəbərə görə, Ermənistan paytaxtına "Böyük Şərq" lojasının ikinci dahi ustasının müavini Klod Qeydan, üçüncü dahi usta Jorj Feren, ədliyyəyə cavabdeh Andre Abb, xarici işlərin dahi baş katibi Avelin Valen, həmçinin qardaşlığın məsləhətçiləri Pyer Şom, Gi Akobyan və Marsel Veyl təşrif buyuracaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB