Nyu-Yorkda yanğın nəticəsində 12 nəfər ölüb

Nyu-Yorkda yanğın nəticəsində 12 nəfər ölüb

Nyu-Yorkda yaşayış binasında baş verəən yanğın nəticəsində biri uşaq olmaqla 12 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan öncə 9 nəfərin öldüyü 15 nəfərin isə ağır yaralandığı deyilirdi.

Yanğın beşmərtəbəli binada baş verib. Yanğını söndürmək üçün təxminən 160 xilasetmə qrupu iştirak edib.

Nyu-York şəhərinin merinin verdiyi açıqlamaya görə hadisə nəticəsində 12 nəfəri xilas etmək mümkün olub, lakin onlardan 4 nəfəri vəziyyəti ağırdır. Binada ölənlərin və sağ qalanların axtarışları davam edir.

yanğın qurbanlarının ən kiçiyi bir yaşlı uşaq, ən böyüyü isə 50 yaşlı olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə