Moskva: "Ərdoğanın Əsədi terrorçu adlandırması doğru deyil"

Moskva: "Ərdoğanın Əsədi terrorçu adlandırması doğru deyil"

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya lideri Bəşər Əsədi terrorçu adlandırması heç bir hüquqi əsasa söykənmir." Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Suriya hökumətinin BMT-də nümayəndələri var. Eyni zamanda bu nümayəndələr BMT Təhlükəsizlik Şurasında Suriyanı təmsil edir. Bu səbəbdən Əsədin terrorçu olması ilə bağlı səsləndirilən fikirlər doğru deyil”, - sözçü bildirib.

Qeyd edək ki, Ərdoğan tunisli həmkarı ilə görüşündə Əsədi terrorçu adlandırıb və onunla əməkdaşlıq etməyin mümkünsüzlüyünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə