Poroşenko: "Rusiyadan qaz almağa başlaya bilərik"

Poroşenko: "Rusiyadan qaz almağa başlaya bilərik"

"Əgər ucuz olacaqsa, Rusiyadan qaz almağa başlaya bilərik." Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Pyotr Poroşenko danışıb.

“Onlar qapımızı döyürlər: bəlkə, bizim qazımızı alasınız? Yox, lazım deyil, bizdə hər şey yaxşıdır. Əgər ucuz olsa, ədalətli olsa, rüşvətsiz olsa, o zaman buyurun. Bəs bu bizim nəyimizə lazımdır? Vətəndaşlarımızın tariflərini aşağı salmaq üçün lazımdır”, - Poroşenko bildirib.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayında Ukrayna ilə Rusiya arasında təbii qaz təchizatı dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə