Kabildə həlak olanların sayı artıb

Kabildə həlak olanların sayı artıb

Kabildə bir-birinin ardınca törədilən iki terror aktı nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə zamanı daha 30 nəfər yaralanıb.

Birinci partlayış bu gün səhər saatlarında şəhərin qərbində törədilib. İlkin məlumata görə, hücumun hədəfi yerli informasiya agentliyi olub. Partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb. Bir qədər sonra ikinci partlayış barədə xəbər yayılıb. Yerli KİV-in məlumatına əsəsən, bu dəfə terrorçular mədəniyyət mərkəzinə hücum ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə