Çin kömür ilə işləyən elektrik stansiyalarının generasiya gücünü 2020-ci ilədək 1000 qiqavata qədər azaltmağı, 2030-cu ilədək isə alternativ mənbələrdən alınan enerjinin həcmini ümumi enerjinin yarısına çatdırmağı planlaşdırır.
Axar.az xəbər verir ki, Çin Milli Enerji Administrasiyasının sədri Nur Bəkri cari ildə Çinin generasiya gücünün 1,77 milyard kilovat təşkil edəcəyini, bunun 38,1 faizinin isə alternativ və bərpa olunan enerji mənbələrindən təmin olunduğunu deyib.
Nur Bəkri Çində bərpa olunan enerji mənbələrindən alınan gücün dünya üzrə ümumi rəqəmin 40 faizini təşkil etdiyini bildirib. Əlavə edib ki, hökumət gələcəkdə alternativ və bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalına daha çox diqqət yetirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB