Rusiya prezidenti MSK-ya gəlib

Rusiya prezidenti Vladimir Putin bu gün Mərkəzi Seçki Komissiyasına (MSK) gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, rusiyalı lider 2018-ci il Rusiyada prezident seçkilərində namizədliyinin təsdiq edilməsi üçün sənədlərini təqdim edib.

MSK-dan V.Putinin sənədlərinin qəbul edildiyi bildirilib. Ötən gün isə rusiyalı teleaparıcı Kseniya Sobçakın 2018-ci il prezident seçkilərinə namizədliyi təsdiq olunub.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə