Almaniyada gəmi körpüyə çırpılıb

Almaniyada gəmi körpüyə çırpılıb

Almaniyanın Duysburq şəhərində Reyn çayında hərəkət edən sərnişin gəmisi körpüyə çırpılıb. SİA-nın məlumatına görə, hadisə nəticəsində 27 nəfər xəsarət alıb. Xəsarət alanlardan beş nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Qəzaya uğrayan gəmidə 129 nəfər, o cümlədən 26 heyət üzvü olub.

Xilasetmə işlərində 80 nəfər iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə