Səudiyyə hökuməti şahzadələri azadlığa buraxıb

Səudiyyə hökuməti şahzadələri azadlığa buraxıb

Səudiyyə Ərəbistanı hökuməti korrupsiyada şübhəli bilinərək saxlanılan 200 yüksək vəzifəli şəxsdən 23-nü sərbəst buraxıb. Axar.az xəbər verir ki, bu barədə Səudiyyənin “Okaz” agentliyi məlumat yayıb. Hazırda həbsdə saxlanılan digər şəxslərin isə yaxın zamanda azadlığa çıxacağı bildirilib. Azadlığa buraxılanların hamısının hakimin şərtlərini qəbul etdiyi bildirilib.

Özlərini təqsirli bilməyənlər isə mühakimə olunacaq. Qeyd edək ki, noyabrın 5-də Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitəsi 11 şahzadəni, fəaliyyətdə olan 4 naziri və 39 keçmiş hökumət üzvünü həbs edib. Onlar qanunsuz silah satışı sazişi və saxta müqavilələr imzalamaqda, çirkli pulların yuyulmasında və korrupsiyada ittiham olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə