Rusiya Suriyada 100 futbol meydançasını məhv edə biləcək reaktiv yaylım atəş vasitəsindən istifadə edib. Axar.az xəbər verir ki, bu barədə SPLAV Elmi-İstehsalat Birliyinin sədri Vladimir Lepin danışıb.
Məlumata görə, Tornado-S reaktiv yaylım atəş sistemlərinin Suriyada istifadəsi uğurla nəticələnib. Sistemin 100 futbol meydançası ölçüsündə ərazini məhv etmə gücündə olduğu bildirilib.
Qeyd edək ki, Tornado-S reaktiv yaylım atəş sistemlərinin atış məsafəsi 300 millimetrlik “Smerç” sisteminin atış məsafəsindən daha böyükdür. Tornado-S-lərin 2020-ci ildə rus ordusunda “Smerç”ləri əvəz etməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB