"Rusiya Prezidenti Vladimir Putinin Aleksey Navalnıya qarşı etdiklərini Ukrayna Prezidenti Pyotr Poroşenko mənə qarşı edir." Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili paylaşıb.
“Putin ona meydan oxuyan yeganə şəxs olan Aleksey Navalnının namizədliyini qeydə almaqdan imtina edib. Poroşenko isə məni vətəndaşlıqdan məhrum etdi ki, Ukraynada siyasətlə məşğul olmayım. Putin Navalnını yalançı ittihamlarla içəri saldı, eyni şeyi Poroşenko mənə qarşı etməyə cəhd edir. Poroşenko Mazepa və ya Xmelnitski, ya da Avropanın yeni Çörçilli ola bilərdi, amma o hər zaman Putin olmağa çalışır”, – deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB