"Okha" bəlası 250 nəfər itkin düşüb

"Okha" bəlası 250 nəfər itkin düşüb

Hindistanın sahilyanı bölgələrini iflic vəziyyətinə salan "Okha" ropik qasırğası 250 nəfərin itkin düşməsinə səbəb olub, SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Okha" siklonu dekabr ayının ilk həftəsindən başlayaraq Hindistanın cənubunda baş verməyə başlayıb. Bu müddət ərzində yüzlərlə balıqçı itkin düşüb, lakin Sahil Mühafizəsinin, Hava Qüvvələrinin və Dəniz Donanmasının birgə səyləri nəticəsində 2,5 min insanın həyatını xilas etmək mümkün olub. Digərləri haqqında hələ də heç bir məlumat yoxdur.

Rəsmi məlumata görə, siklondan daha çox Tamiland, Kerala ştatları ziyan çəkib.

Hindistanın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarənin yaydığı məlumata görə, siklonun vurduğu zərər 1,7 milyard rupi (təxminən 27 milyon dollar) dolaraq qiymətləndirilir. Bununla yanaşı, 4,5 min ev tamamilə məhv edilib, 10 min evə isə ciddi ziyan dəyib.

Hindistan Hökumətinin məlumatına görə, siklon qurbanlarının sayı "Okha" ən azı 88 nəfərdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə