Əfqanıstanda ölənlərin sayı 10-a çatıb

Əfqanıstanda ölənlərin sayı 10-a çatıb

Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəlib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, daha 5 nəfər yaralanıb.

Qeyd edək ki, dünən terrorçu-kamikadze Əfqanıstan Milli Təhlükəsizlik İdarəsinin qarşısında özünü partladıb. Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə