Rusiya: "Avropa İttifaqındakı müsəlmanların sayı artır"

Rusiya: "Avropa İttifaqındakı müsəlmanların sayı artır"

"Qərbin xristianlıqdan imtina etməsi səbəbindən Avropa İttifaqındakı müsəlmanların sayı artır." Axar.az xəbər verir ki, bunu Moskva Patriarxlığının Xarici Kilsələrlə Əlaqələr Şöbəsinin rəhbəri İlarion Volokolamski söyləyib.

"Mən bir daha vatikanlı həmkarım Koxun sözlərini nəzərinizə çatdırmaq istəyirəm. O bir dəfə mənə, "Biz güclü islamdan deyil, zəif xristianlıqdan qorxmalıyıq" demişdi. Müsəlman ailələrində doğum nisbəti digər dinlərin nümayəndələrinin ailələrinə nisbətən daha yüksəkdir. Eləcə də əksər Avropa dövlətləri miqrasiya siyasətinin xüsusiyyətlərini əks etdirir. Mövcud olan miqrasiya siyasətinə qarşı hələlik üç Avropa ölkəsi - Macarıstan, Polşa və Çexiya açıq şəkildə çıxış edir. Bu dövlətlərin nümayəndələri Yaxın Şərqdəki müsəlmanları deyil, xristianları qəbul edəcəklərini bildiriblər", – deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə