Rusiyalı politoloq: "Rusiya Suriyada uzun müddət qalacaq"

Rusiyalı politoloq: "Rusiya Suriyada uzun müddət qalacaq"

"Aralıq dənizində hərbi-dəniz bazasının tikilməsi Rusiyanın Suriyada uzunmüddətli qalacağını sübut edən vacib siyasi siqnaldır." Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Dmitri Yevstafyev deyib. Politoloq Rusiyanın Tartus şəhərində yerləşən hərbi bazanı genişləndirmək qərarının təbii olduğunu qeyd edib.

“İlkin formada həmin ərazi bazadan daha çox, logistik mərkəzi xatırladırdı. Ölkə xaricində indi yaradılan hərbi obyekt isə əlbəttə ki, tam fərqli səviyyədə bir infrastruktur tələb edir”, - politoloq deyib.

Qeyd edək ki, Rusiyanın Suriyanın Tartus şəhərində geniş hərbi-dəniz bazası yaradacağı bildirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə