Türkiyə Beynəlxalq Valyuta Fondu (BVF) ilə əməkdaşlıq etməyəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, rəsmi Ankara 2012-ci ildə BVF-yə olan bütün borcunu ödəyəcək: "Təmsil etdiyim partiya hakimiyyətə gəldiyi zaman Türkiyənin BMF-yə borcu 25 mlrd ABŞ dolları idi. Hazırda bu rəqəm dəfələrlə aşağı enib. Son illər ərzində bizim onlara maliyyə baxımından müraciətimiz olmayıb. Bundan sonra biz onlarla əməkdaşlıq etmək niyyətində deyilik".
Ərdoğan bildirib ki, Türkiyə dünyada baş verən iqtisadi böhrandan heç bir xarici investisiya vəsaiti hesabına çıxmayıb: " İqtisadi böhran zamanı bizə xarcidən pul axını olmadı. Beynəlxalq Valyuta Fondundan da həmçinin. İndi də onlarla heç bir əlaqəmizdə yoxdur."- deyə o, bildirib.
Qeyd edək ki, hazırda Türkiyənin BVF-yə 6.1 mlrd ABŞ dollar borcu var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB