Seulda 12 reys ləğv edilib

Cənubi Koreyanın paytaxtı Seulda yağışlı və dumanlı hava şəraiti səbəbi ilə İnçon beynəlxalq hava limanında uçuşlar ləngiyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 18:00-dək 239 xarici və 309 daxili reys gecikib, 12 reys isə ləğv edilib.

Hava limanı rəsmiləri bir gün əvvəl də hava şəraiti ilə bağlı 468 uşuçun gecikdiyini, 58-nin isə ləğv edildiyini bildiriblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə