İldırım hərbçiləri vurdu

Kolumbiyanın Kauka departamentinin Popayane şəhərində yerləşən hərbi düşərgədə ildırım vurması nəticəsində 58 hərbçi xəsarət alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə hadisə şənbə günü hərbi hissədə təntənəli mərasimə hazırlıq zamanı baş verib. Zərərçəkənlər ətraflı tibbi baxışdan keçirilmələri üçün hərbi hospitala aparılıblar. General Luis Fernando Roxas əsgərlərin yanıq xəsarətləri aldıqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə