İspaniyada qatar qəzaya uğrayıb

İspaniyada sərnişin qatarının qəzaya uğraması nəticəsində azı 40 nəfər xəsarət alıb. TASS agentliyinin verdiyi xəbərə görə, hadisə dünən axşam Alkala-De-Enares yaşayış məntəqəsində yerləşən dəmiryol stansiyasında qeydə alınıb. Qatar vaxtında dayana bilməyib və dalan divarına dəyib.

Sərnişinlər arasında ağır xəsarət alan yoxdur. İlkin məlumatlara görə, hadisə qatarın əyləc sistemində yaranmış nasazlıq nəticəsində baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə