Ukraynanın şərqində hərbi əməliyyatların gücləndiyi bir vaxtda ABŞ Prezidenti Donald Tramp bu ölkəyə daha güclü silahların satışını təsdiq edib. Bu silahların satışı Ukrayna hökumətinin separatçılara qarşı mübarizədə dəstəklənməsi əlaməti olsa da, Tramp bundan əvvəl tərkibində tank əleyhinə və zenit raketlərinin də olduğu daha güclü silahlardan ibarət zərfin təsdiqi ilə bağlı qərar qəbul etməyib.
Artıq Milli Təhlükəsizlik Şurası bir neçə ay ərzində prezidentə daha güclü silah növlərinin zərfə əlavə olunmasını tövsiyə edib.
Dövlət Departamentinin mətbuat katibi Hizer Nauerin bəyanatında deyilir ki, yeni zərf ABŞ silah istehsalçılarının Ukrayna hərbiçilərinə satdığı atıcı və yüngül silahlardan ibarətdir və bu, Birləşmiş Ştatlar hökuməti tərəfindən birbaşa silah satışını və yaxud mübadiləsini ehtiva etmir.
Bildirilir ki, ABŞ Ukrayna hökumətinə bu cür silahlar satmır. Rəsmi Vaşinqton əvvəlki iki administrasiya dövründə Ukrayna üçün ixrac lisenziyalarını təsdiq edib, ona görə də bu məsələdə yeni heç nə yoxdur.
Yeni silah satışı zərfi snayper tüfəngləri, döyüş sursatı və onlar üçün detal və materiallardan ibarətdir. Silahların ümumu dəyəri 41,5 milyon ABŞ dolları təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB