Filippinin Luson adası yaxınlığında gəminin batması nəticəsində 4 sərnişin həlak olub.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dekabrın 21-də Keson əyalətindən Polilo adasına üzən gəmidən 240 sərnişin xilas edilib.
Sahil Mühafizəsi Xidmətinin məlumatına görə, hadisə zamanı “Mercraft 3” gəmisində 251 sərnişin olub.
Hadisə şahidləri yolun yarısında dalğaların hündürlüyünün artdığını və suyun gəminin burun hissəsinə dolmağa başladığını bildiriblər. Sərnişinlərə xilasedici jiletlər paylansa da, bəziləri ondan istifadə edə bilməyib. Nəticədə yeddi sərnişin itkin düşmüş hesab olunur.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB