Növbəti terror hadisəsi 7 nəfər öldü

Növbəti terror hadisəsi 7 nəfər öldü

Əfqanıstanın cənubunda Kandahar əyalətində terror hadisəsi baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, polis bölməsi ərazisində avtomobilin intiharçı terrorçu tərəfindən partladılması nəticəsində ən azı 7 nəfər ölüb.

Hadisə nəticəsində yaralıların olduğu deyilir. Lakin hazırda onların sayı müəyyənləşməyib.

Polisin verdiyi açıqlamaya görə, hadisənin arxasında "Taliban" radikal hərəkatı dayanır

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə