"S-400 zenit raket komplekslərinin satışı ilə bağlı Rusiya və Türkiyə arasında bütün məsələlər həll edilib." Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin hərbi-texniki məsələlər üzrə köməkçisi Vladimir Kojin jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ödənişin bir qismi Ankarada, digər hissəsi isə Rusiya krediti hesabına ödəniləcək:
“Bütün məsələlər həll edildi. Güman edirəm ki, hərtərəfli aspektdə müqavilənin reallaşdırılması mərhələsi bir neçə gündən sonra baş tutacaq. Maliyyə məsələsi də bura daxildir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB