Narkotik satan silahlı dəstə ifşa olunub

Narkotik satan silahlı dəstə ifşa olunub

Çinin Xebey vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində narkotik maddələrin qeyri-qanuni ticarəti ilə məşğul olan mütəşəkkil silahlı dəstə ifşa olunub. Çin İctimai Təhlükəsizlik Nazirliyinin məlumatı xəbər verir ki, əməliyyat zamanı dəstənin 180 üzvü saxlanılıb. Onlardan 11 kiloqram narkotik maddə, 10 tüfəng, 500 patron, 2 avtomobil müsadirə olunub.

Bildirilir ki, polis dəstənin ifşası üçün 10 aya yaxın müddətdə Xubey, Xunan və Quandun vilayətlərində təhqiqat aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə