Koreya Xalq Demokratik Respublikası ordusunun əsgəri bu gün səhər 8:00 radələrində quru sərhədi ilə Koreya Respublikası tərəfə keçib. Bu barədə Koreya Respublikası silahlı qüvvələrinin birləşmiş qərargah rəisləri komitəsi məlumat yayıb. Hazırda müvafiq qurumlar əsgərin Cənubi Koreyaya keçməsinin niyyətini araşdırır.
Qeyd edək ki, bir müddət əvvəl KXDR-dən olan başqa bir əsgər də sərhəd zonadan Koreya Respublikasına keçmişdi. Onun qarşı tərəfə keçdiyini görən KXDR sərhədçiləri əsgərə atəş açmışdılar. Bir neçə güllə yarası alan əsgər Koreya Respublikası tərəfə keçə bilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB