Erməni hərbçi qəzada öldü

Ermənistan ordusunun hərbi qulluqçusu yol qəzasında ölüb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 21-də Sevan rayonunda baş verib. Hərbçi Samvel Karçikyanın idarə etdiyi VAZ markalı avtomobil yolunun əks zolağına keçərək bir neçə dəfə çevrilib.

Qeqarkunik vilayətindəki hərbi hissələrdən birində müqaviləli xidmət keçən Karçikyannın 42 yaşı olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə