Rəcəb Tayyib Ərdoğan: “ABŞ utanmadan İsrail terrorunu dəstəkləyir”

Rəcəb Tayyib Ərdoğan: “ABŞ utanmadan İsrail terrorunu dəstəkləyir”

Türkiyə ilə ABŞ arasında mövcud olan soyuq münasibətlər artıq açıq şəkildə özünü büruzə verməyə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəsmi Vaşinqtonu İsrail ordusunun Qəzzaya humanitar yardım aparan gəmiyə basqını zamanı doqquz türk vətəndaşının ölümünə soyuq münasibət bildirməsində günahlandırıb: "Gəmidə baş verən hadisə rəsmi Vaşinqtonun əsl simasını bir daha ortaya qoydu. Onlar utanmadan İsrail terrorunu dəstəklədilər".

 

Əsəblərini cilovlaya bilməyən türkiyəli diplomat ABŞ-ın beynəlxalq terroru dəstəklədiyini bildirib. Türkiyə ilə İsrail arasındakı mövcud münasibətlərə də toxunan Ərdoğan "Uzun sürən diplomatik münasibətlərə baxmayaraq, İsrail bizə qarşı mehriban siyasət yeritməyib"- deyib.

 

Qeyd edək ki, son zamanlar Türkiyə ilə ABŞ arasındakı münasibətlər soyuqlaşmağa başlayıb. Barak Obamanın "Türkiyə İsraillə bağlı siyasətində dəyişiklik etməsə, ABŞ Ankaraya silah satışını dayandırmalı olacaq" bəyanatı onsuz da gərgin olan münasibətləri daha təhlükəli həddə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə