Türkiyənin baş naziri Yunanıstana gedəcək

Türkiyənin baş naziri Yunanıstana gedəcək

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan gələn həftə Yunanıstana gedəcək. SİA-nın məlumatına görə, baş nazir oktyabrın 21-22-də keçiriləcək "Aralıq dənizi iqlim dəyişikliyi təşəbbüsü" konfransında iştirak edəcək.

Aralıq dənizinə sahili olan ölkələrlə Balkan dövlətləri və beynəlxalq təşkilatların təmsilçilərinin dəvətli olduğu konfransda Aralıq dənizində iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atılan addımlar müzakirə ediləcək.

Yunanıstan baş nazirinin dəvəti ilə Afinaya gedəcək Ərdoğan həmkarı Yorqo Papandreu ilə ikitərəfli görüş də keçirəcək.

Görüşdə daha öncə ilk toplantısı keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurası ilə Türkiyə-Yunanıstan əlaqələrində nail olunan pozitiv irəliləyişin işığında ikitərəli və çoxtərəfli məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə