Rəfsəncaninin qızı baş örtülməsinin məcburi olmasına qarşı çıxıb

Rəfsəncaninin qızı baş örtülməsinin məcburi olmasına qarşı çıxıb

İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi ölkədə baş örtülməsinin məcburi olmasına qarşı çıxıb. Axar.az xəbər verir ki, bu barədə İranın “Tabnak” agentliyi informasiya yayıb.

“Baş örpəyinin şah dövründə qadağan edilməsinə qarşı çıxdığım kimi, məcburi olmasına da qarşıyam. İran inqilabından 40 il keçdi. Baş örtməyin məcbur edilməsi bir işə yaradı? Əksinə, islama uyğun olmayan qapanma forması artdı. Bu müddət ərzində din güclənmədi”, - keçmiş prezidentin qızı deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə