Rəsmi Tehran ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin İranın Yəməndəki husiləri silahlandıraraq təşkilatın qərarlarını pozması ilə bağlı açıqlamasına sərt reaksiya göstərib. Axar.az xəbər verir ki, bu barədə “Tasnim” informasiya yayıb.
Məlumata görə, ABŞ-ın İrandakı diplomatik vəzifələrini icra edən İsveçrə səfiri XİN-ə çağırılıb. “İranın Heylinin əsassız və təxribat xarakterli iddiası barədə etirazı İsveçrə səfirinə çatdırıldı”, - XİN rəsmisi Bəhram Qasımi deyib.
Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli husilər tərəfindən noyabrın 4-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə endirilən zərbə zamanı istifadə olunan raketi İranın verdiyini bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB