Moldova Prezidenti gələn həftə Putinlə görüşəcək

Moldova Prezidenti gələn həftə Putinlə görüşəcək

Moldova Prezidenti İqor Dodon gələn həftə Rusiya Prezidenti Vladimr Putinlə görüşəcək. Bu barədə Dodon özü deyib. Dodon Putinlə Moskvada görüşəcək.

O, görüşdə Moldova ilə Rusiya arasındakı münasibətləri və Moldovanın Rusiyadakı səfirinin geri çağrılmasını müzakirə edəcək. Qeyd edək ki, dünən Moldova Xarici İşlər Nazirliyi özünün Moskvadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə