İsrailin "Mavi Mərmərə"yə basqını beynəlxalq məhkəməyə çıxarılır

İsrailin "Mavi Mərmərə"yə basqını beynəlxalq məhkəməyə çıxarılır

İsrailin "Mavi Mərmərə" gəmisinə basqını beynəlxalq məhkəməyə çıxarılır. SİA-nın məlumatına görə, basqına məruz qalan şəxslərlə Humanitar Yardım Fondu cinayətkarların dərhal cəzalandırılması üçün Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib.

İddiaçıların hüquqlarını müdaifə edən vəkil Ramazan Arıtürk məhkəməyə müraciətlərinin qəbul edildiyini və yaxşı nəticə almağa ümid etdiklərini bildirib.

Arıtürk "Veriləcək cəza 9 insanı geri gətirməyəcək, amma sanksiya və ya cəza bundan sonrakı mərhələdə dünyada ədalətin olduğunun, özünü güc sahibi sayanların insanlıqdan kənar davranışlarının cavabsız qalmayacağının təsbiti olacaq" deyib

Bütün xəbərlər Facebook səhifəmizdə