Yəməndə 115 dinc sakin öldürülüb

Yəməndə 115 dinc sakin öldürülüb

Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin hava hücumlarının sayını artırması nəticəsində dekabrın 6-dan 16-na kimi 115 dinc sakin öldürülüb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi məlumat verib.

BMT rəsmisinin sözlərinə görə, həmin 10 günlük dövrdə yaralı sayı 83 nəfər olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə