Putinin müəlliməsi 96 yaşında İsraildə vəfat edib

Putinin müəlliməsi 96 yaşında İsraildə vəfat edib

1960-cı illərdə Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinə alman dilindən dərs deyən Mina Yudinskya adlı müəllimə 96 yaşında İsraildə vəfat edib. Axar.az xəbər verir ki, Yudinskaya Petax-Tikbe qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Putin prezident olduqdan sonra onunla görüşmüş və 2005-ci ildə Təl-Əvivdə mənzil almasına yardımçı olmuşdu. Yudinskaya müsahibələrindən birində Putinin olduqca çalışqan tələbə olduğunu, qrammatikanı yaxşı öyrəndiyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə