Qırğızıstanda zəlzələ olub

Səhər saatlarında Qırğızıstanda zəlzələ baş verib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, seysmoloji Xidmət yeraltı təkanların 4 bal gücündə olduğu barədə xəbər yayıb.

Məlumata görə, zəlzələ Bişkekdən 244 kilometr məsafədə, yerin 1 kilometr dərinliyində qeydə alınıb.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə