Səfirin qətli ilə bağlı polis əməkdaşı həbs edilib

Səfirin qətli ilə bağlı polis əməkdaşı həbs edilib

Türkiyədə Rusiya səfiri Andrey Karlovu qətli ilə bağlı davam edən cinayət işi çərçivəsində keçmiş polis əməkdaşı saxlanılıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ramazan Yücel prokurorluqda ifadə verdikdən sonra məhkəmənin qərarı ilə həbs edilib.

Məlumata əsasən Yücel, Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsi sübut edildikdən sonra işdən qovulmuşdu.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə