Hollandiya yeni hökumətinə qovuşur

Hollandiya yeni hökumətinə qovuşur

Hollandiya aylardır davam edən axtarışlardan sonra yeni hökumətinə qovuşur. İrqçi lider Gert Vildersin partiyasının kənardan dəstəyi ilə qurulan sağ azlıq koalisiyası bu gün xidmətə başlayır.

SİA-nın məlumatına görə, hökumət kabineti Liberap Partiyanın lideri Mark Ruttenin rəhbərliyində, 12 nazir və 8 nazir müavinindən iabrət olacaq. Kraliça ilə görüşəcək kabinet üzvləri ilk toplantılarını sabah keçirəcəklər.

Yeni kabinetin xarici işlər naziri vəzifəsini senator Uri Rosental tutub. Daha öncə bu vəzifəni Türkiyə əleyhdarı olan Hans Van Baalenin tutacağı bildirlirdi. Xarici işlər nazirinin müavini vəzifəsini Xristian Demokrat Partiyasının üzvü olan Ben Knapen tutub. Bu təyinat vəzifəyə başlamazdan əvvəl sağ koalisiya ilə bağlı korrupsiya iddialarını gündəliyə gətirib.

Koalisiya ölkədə çarşab və hicab, məmurlara da türban qadağası tətbiq edəcək. Ölkəyə Avropa xaricindən mühacir gəlişinin qarşısını almağı planlaşdıran yeni kabinet 18 milyard avroluq qənaət tədbiqlərini də tətbiq edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə