Poroşenko Ukrayna-Polşa münasibətlərindən ehtiyatlanır

Poroşenko Ukrayna-Polşa münasibətlərindən ehtiyatlanır

Tarixdə baş verənlər Ukrayna ilə Polşa arasında strateji münasibətlərə xələl gətirməməlidir. Bu sözləri Ukrayna Prezidenti Petro Poroşenko polşalı həmkarı Andjey Duda ilə birlikdə keçirdiyi mətbuat konfransında bəyan edib. P.Poroşenko, həmçinin bununla bağlı Polşa Prezidenti ilə vahid fikrə gəldiklərini deyib.

“Qəhrəmanlarımızı, günahsız qurbanları yad etməliyik, ancaq irəli getməliyik. Çünki biz tarixi dəyişə bilmərik. Gələcəyi elə qurmalıyıq ki, kimsə ukraynalının, polşalının qəlbinə toxuna bilməsin”, - deyə P.Poroşenko əlavə edib.

Qeyd edək ki, son vaxtlar Ukrayna ilə Polşa arasında siyasi gərginlik yaşanmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə