Çində yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Çinin yanğınsöndürmə xidməti məlumat verib.
Məlumata görə, hadisə gecə Çinin Çaoyan rayonunda baş verib. Hadisə yerinə 9 yanğınsöndürmə maşını cəlb edilib. İlkin məlumata görə, yanğına elektron velosiped səbəb olub. Yanğınsöndürmə xidmətinin məlumatına görə, yanan binadan 13 nəfəri çıxarmaq mümkün olsa da, onlardan 5 nəfərinin həyatını xilas etmək mümkün olmayıb. Hazırda 8 nəfər xəstəxanada həkim nəzarəti altında saxlanılır.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB