Saakaşvili məhkəməyə gətirildi

Saakaşvili məhkəməyə gətirildi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Kiyevin Pechersky Məhkəməsinə gətirilib. SİA-nın xəbərinə görə, bu barədə Ukrayna mətbuatı yazır. Məlumata görə, bu gün məhkəmə Saakaşvili haqqında yekun qərar qəbul edəcək.

Baş prokurorluq Saakaşvilinin cəzasının ev şəraitində çəkilməsi ilə bağlı ərizə vermək niyyətindədir.
Saakaşvili cinayət təşkilatlarına kömək etməkdə və onların fəaliyyətlərini gizklətməkdə şübhəli bilinir.

Prokurorluq tərəfindən açıqlanan məlumata görə, Kiyevdə siyasətçi tərəfindən təşkil edilən tədbirlər keçmiş prezident Viktor Yanukoviç və iş adamı Kurçenko tərəfindən maliyyələşdirilib.

Baş prokurorun sözlərinə görə, aksiyaların keçirilməsində məqsəd hakimiyyəti devrmək olub.

Məlumat üçün nəzərinizə çatdıraq ki, dekabrın 5-də Saakaşvilinin evində axtarış əməliyyatı keçirilib və onun saxlanması haqqında qərar qəbul edilib. Lakin onu dekabrın 8-də saxlamaq mümkün olub. Siyasətçi saxlandıqdan sonra Ukraynanın Təhlükəsizlik Xidmətinin təcridxanasına gətirilib. Siyasətçi aclıq aksiyasi keçirib. Vəkilinin verdiyi açıqlamaya görə, Saakaşvili özünü yaxşı və gümrah hiss edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə