Ərdoğan Fransa Prezidenti ilə telefon danışığı aparıb

Ərdoğan Fransa Prezidenti ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 6-da Fransalı həmkarı Emmanuel Makronla telefon danışıqları aparıb. Tərəflər Vaşinqtonun ABŞ səfirliyini Qüdsə köçürmək və beləliklə də, şəhəri İsrailin paytaxtı kimi tanımaq qərarını müzakirə ediblər. Ərdoğan Makronla danışıq zamanı Qüdsün tarixi statusunun qorunmasının bəşəriyyətin öhdəliyi olduğunu vurğulayıb. Tərəflər, həmçinin ABŞ-ı öz qərarını dəyişdirməyə inandırmaq üçün birgə səylər göstərmək barədə razılığa gəliblər.

Bir qədər əvvəl Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Livan lideri Mişel Aunla da bu məsələ ətrafında müzakirələr aparıb.

Kremlin mətbuat xidməti Rusiya Prezidenti Vladimir Putinin dekabrın 11-də Türkiyəyə səfəri zamanı Qüds probleminə dair danışıqlara xüsusi yer ayıracağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə