İordanda toqquşmalar nəticəsində 2 nəfər ölüb

İordanda toqquşmalar nəticəsində 2 nəfər ölüb

İordan çayının qərb sahilində baş verən toqquşmalar nəticəsində 2 nəfər ölüb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qarşıdurmalarda 760 fələstinli xəsarət alıb.

Məlumata əsasən yaralılardan 3-nün vəziyyəti ağırdır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qüdsü paytaxt kimi tanımasından sonra “Həmas” hərəkatı 8 dekabrı İsrailə qarşı “Qəzəb Cüməsi” elan edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə